Payız aylarında bu QİDALARDAN İSTİFADƏ EDİN


Digərləri 21 Sen 2018 21:04:00 336 0

Payız aylarında bu QİDALARDAN İSTİFADƏ EDİN

Artıq payız ayıdır. Payız aylarında da qidalanmaya xüsusi diqqət ayırmaq lazımdır. Sağlam qara ciyər qüvvətli immunitet sisteminin açarıdır.

Son.az ölkə.az-a istinadən xəbər verir ki,  bu səbəbdən də qara ciyərə faydası sübut edilmiş gül kələmi, kələm və kahı ilə qidalanmaq immunitet sistemini gücləndirməyə kömək edəcək.

Gül kələmi, kahı və kələm

Sağlam qara ciyər güclü immunitet sisteminin açarıdır. Qara ciyər nə qədər sağlam olsa, immunitet sistemini gücləndirən hormon və hüceyrələr də o dərəcədə güclü olub. Bu səbəbdən gül kələmi, kahı və lahana qəbul etmək lazımdır.

Qaragilə

Qaragilənin qurudulmuşunu da tapmaq olur. Amma qaragiləni qurudanda şəkər və günəbaxan yağından istifadə edilir. Marketlərdən qurudulmuş qaragilə alanda içindəki kağızı mütləq oxumaq lazımdır. Qaragilənin tərkibindəki antioskidantlar immunitet sistemini gücləndirir. Bundan başqa portağala nisbətən qaragilənin tərkibində C vitaminin miqdarı 5 dəfə çoxdur.

Su

Su orqanizmdəki artıq maddələri qan və limfa mayeləri vasitəsilə daşıyır. Gündə ən azı 2 litr su içmək qidaların hüceyrələrə çatması və artıqların ifraz olunması üçün lazımdır. Su həm də orqanizmə oksigen daşıyır. Orqanlarımızın oksigenlə qidalandığını düşünsək, su içməyin önəmini anlaya bilərik.