İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib


Digərləri 21 Sen 2018 20:28:00 233 0

İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

İqtisadiyyat naziri Şahin Mustafayev Gəncədə vətəndaşları qəbul edib.

Son.az bildirir ki, İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, qəbula gələn Gəncə şəhəri, Daşkəsən və Kəlbəcər rayonlarından olan vətəndaşlar güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət müəssisələrinin yaradılması, məhsul satışı və ixracına dəstək göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Ş.Mustafayev tərəfindən diqqətlə dinlənilib, məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib.

İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara ətraflı izahat verilib, bu müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.

Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların bağçılıq, tərəvəzçilik, kartof istehsalı, turizm obyektinin tikintisi, qaz avadanlıqlarının istehsalı, gips əsaslı tikinti materiallarının istehsalı və qablaşdırılması və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.


Xəbərə aid foto