Cəlilabadda kənd ərazisində partlamamış hərbi sursat tapılıb (FOTO)


Digərləri 21 Sen 2018 20:16:00 244 0

Cəlilabadda kənd ərazisində partlamamış hərbi sursat tapılıb (FOTO)

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 2 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bakı. Cəlilabadda kənd ərazisində partlamamış hərbi sursat tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 11:42-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 12:37-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Cəlilabad rayonu, Privolnoye kəndi ərazisində tank əleyhinə minanın tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.