Xətaidə qadınlara və yetkinlik yaşına çatmayanlara qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb


Digərləri 21 Sen 2018 19:28:57 262 0

Xətaidə qadınlara və yetkinlik yaşına çatmayanlara qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb

Faktla bağlı Cinayət Məcəlləsinin 153.2 maddəsi ilə cinayət işi başlanılıb.

Bakı. Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində yetkinlik yaşına çatmayan bir qıza qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən paytaxt sakini Rauf Süleymanov saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı məlum ki, saxlanılan şəxs əsasən səhər saatlarında azyaşlılara və qadınlara hücum edərək onlara qarşı əxlaqsız hərəkətlər edib. R.Süleymanov ifadəsində Xətai, eləcə də ətraf rayonların ərazisində 30-a yaxın şəxsə qarşı bu cür hərəkətlər etdiyini bildirib.