Xarici valyuta ilə götürülən kreditlərlə bağlı


Digərləri 21 Sen 2018 19:16:00 256 0

Xarici valyuta ilə götürülən kreditlərlə bağlı

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya MəhkəməsiPlenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.

Son.az bildirir ki, Konstitusiya Məhkəməsindən Report-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.