Bakıda ecazkar MIROCA PARIS konserti keçiriləcək


Kriminal 21 Sen 2018 19:04:00 295 0

Bakıda ecazkar MIROCA PARIS konserti keçiriləcək

Portuqaliya, Braziliya, Kuba və Afrikadan təsirlənən musiqili cənnət adaları - Kape Verde ən yaxşıları sizə təqdim edir!

Son.az xəbər verir ki, 1 noyabr FANTAZİA Festivalı çərçivəsində, Bakıda ilk dəfə tanınmış Kape Verdeyalı multi-instrumentalist və ifaçı qrup "MİROKA PARİS"in konserti olacaq.

Dərin ritmik biliklərə və təcrübəyə malik "Miroca Paris", Azərbaycanlı seyircilərin ürəyindən olacaq Portuqaliya, Braziliya, Afrika və Kuba musiqilərindən ilhamlanaraq özünəməxsus unikal ritmik üslub yaratmaqda davam edir. Hal-hazırda isə Kapo Verdiyalı ifaçılar illər ərzində təkmilləşdirdikləri özünəməxsus ritm və musiqiləri ilə dünyanı fəth edirlər.

"Miroca Paris" 11 il "Barefoot Diva" ləqəbli məşhur Sezaria Evoranın zərb musiqiçisi kimi dünyaca məşhurlaşıb. Evoranın vəfatında sonra Paris musiqi karyerasını genişləndirərək dünya miqyaslı sənətçilərlə eyni səhnədə ifa etməyə başlayır.

1 noyabr, 2017 ci ildə buraxılan  D'ALMA albomu Portuqaliya, Almaniya, Belçika, Yunanıstan, Hollandiya, Polşa, ABŞ, və Rusiya kimi ölkələrin radio stansiyaları yüksək reytinq yığır.

Miroca Paris Avropa Musiqi Çartlarında nömrə 13, Dünyada isə TOP 40 TRANSQLOBAL Çarta daxildir!