Deputat: Ermənistanın işğalçılıq siyasəti üzündən Azərbaycanın reallaşdırdığı layihələrdən kənarda qalması regional gerçəklikdir


Digərləri 21 Sen 2018 18:40:00 209 0

Deputat: Ermənistanın işğalçılıq siyasəti üzündən Azərbaycanın reallaşdırdığı layihələrdən kənarda qalması regional gerçəklikdir

Deputat: Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyinə həsr edilmiş təntənəli tədbir tarixi hadisə kimi qiymətləndirilməlidir

Bakı. Elçin Mehdiyev - Ermənistanın işğalçılıq siyasəti üzündən Azərbaycanın reallaşdırdığı layihələrdən kənarda qalması regional gerçəklikdir. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. H.Babaoğlu bildirib ki, Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyinə həsr edilmiş təntənəli tədbirin keçirilməsi və burada çoxsaylı dost və qardaş ölkələrin, beynəlxalq təşkilatların numayəndə heyətlərinin iştirakının özü artıq bir tarixi hadisə kimi qiymətləndirilməlidir. Çünki bu tədbir bir daha Azərbaycanın şanlı və qürurlu tarixinin, dövlətçilik tarixinin, dünəninin və bu gününün dünya ictimaiyyətinə çatdırılması üçün bir vəsilə oldu: “Bütün dünya bir daha gördü ki, Azərbaycan xalqı yüksək dövlətçilik mədəniyyətinə, zəngin parlamentarizm tarixinə mailkdir və hələ 100 il bundan əvvəl Şərqdə ilk demokratik respublika qurmaqla, insan hüquq və azadlıqlarına təminat verməklə, qadınlara səsvermə hüququ tanımaqla bunu sübut edib. Bu mötəbər yubiley tədbirində çıxış edən Prezident İlham Əliyev Şəqdə ilk demokratik respublikasının qurulmasını mühüm tarixi hadisə kimi səciyyələndirdi, Cümhuriyyətin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladı, bu il “Cümhuriyyət ili” çərçivəsində dövlət səviyyəsində bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırdı. Bununla yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Resbublikasının keçdiyi müstəqillik yoluna nəzər salaraq olduqca əhəmiyyətli ümumiləşdirmələr apardı. Ölkəmizin 1993-cü ildən sonra sabitlik və inkişaf yoluna qədəm qoyduğunu xatırlatmaqla hazırkı mərhələdə istər iqtisadi-siyasi, istər humanitar və sosial sferada, istərsə də beynəlxalq münasibətlər sistemində necə böyük uğurlara imza atdığını diqqətə çatdırdı”. Deputatən sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli məsələsinin vacibliyinə toxunan Prezident İlham Əliyev vurğuladı ki, işğal olunmuş torpaqlarda bütün infrastruktur dağıdılıb, milli sərvətimiz talan olunub, xalqımıza qarşı hərbi cinayət - Xocalı soyqırımı törədilib: