Naxçıvan Muxtar Respublikasında sürücülər və piyadalar cərimələri POS-terminallarla ödəyə biləcəklər


Digərləri 21 Sen 2018 18:30:00 303 0

Naxçıvan Muxtar Respublikasında sürücülər və piyadalar cərimələri POS-terminallarla ödəyə biləcəklər

Bu gündən etibarən Naxçıvan Muxtar Respublikasında sürücülər və piyadalar cərimələri POS-terminallar vasitəsilə ödəyə bilərlər.

Bakı. Bu gündən etibarən Naxçıvan Muxtar Respublikasında sürücülər və piyadalar cərimələri POS-terminallar vasitəsilə ödəyə bilərlər. "MilliKart" MMC-dən Trend-ə verilən məlumata görə, "Naxçıvanbank" ASC, "MilliKart" və Naxçıvan MR DIN Dövlət Yol Polisi İdarəsinin birgə həyata keçirdiyi layihə çərçivəsində, Dövlət Yol Polisi (DYP) üzrə cərimələrin ödənişi DYP-yə məxsus avtomobillərdə quraşdırılmış Naxçıvanbankın POS-terminallarında mümkün olub.