Arıçılar əlavə subsidiya alacaqlar


Digərləri 21 Sen 2018 18:16:00 275 0

Arıçılar əlavə subsidiya alacaqlar

Bu ildən etibarən Azərbaycanda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə subsidiya veriləcək. Arıçılar saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat məbləğində subsidiya alacaqlar.

Son.az xəbər verir ki, artıq Nazirlər Kabineti "Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası"nı təsdiq edib. Yeni qayda "Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə təsdiqlənib.

Arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üçün arıçılıq təsərrüfatları "Arıçılıq təsərrüfatlarının uçotu Qaydası"nın tələblərinə uyğun uçota alınmalıdır. Subsidiya verilməsinin təşkili üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayon (şəhər) komissiyaları yaradılacaq.