Azərbaycan Prezidenti Malinin dövlət başçısını təbrik edib


Digərləri 21 Sen 2018 18:14:00 214 0

Azərbaycan Prezidenti Malinin dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Mali Prezidenti İbrahim Bubakar Keytaya təbrik məktubu göndərib.

Bakı. Prezident İlham Əliyev Mali Prezidenti İbrahim Bubakar Keytaya təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Mali Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Mali arasındakı əlaqələr daim inkişaf edəcək və genişlənəcəkdir. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi diləyirəm". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin