BDU və İndoneziya universiteti Anlaşma Memorandumu imzalayıb


Digərləri 21 Sen 2018 18:18:20 224 0

BDU və İndoneziya universiteti Anlaşma Memorandumu imzalayıb

Abel Məhərrəmov İndoneziyanın Darussalam Gontor Universitetinin (UNİDA Gontor) rektoru, professor Amal Fəthullah və prorektor Həmid Fəhmi Zarkasi ilə görüşüb.

Bakı. Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov İndoneziyanın Darussalam Gontor Universitetinin (UNİDA Gontor) rektoru, professor Amal Fəthullah və prorektor Həmid Fəhmi Zarkasi ilə görüşüb. BDU-dan Trend-ə verilən məlumata görə, qonaqları salamlayan rektor Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdiyini qeyd edib. BDU haqqında ətraflı məlumat verən akademik A.Məhərrəmov ötən illərlə müqayisədə beynəlxalq əlaqələrin, o cümlədən İndoneziya universitetləri ilə əməkdaşlığıngenişləndiyini nəzərə çatdırıb. Rektor, professor Amal Fəthullah, öz növbəsində, bu qocaman ali təhsil ocağında görüşün təşkilinə görə minnətdarlığını bildirib, təmsil etdiyi universitetin tarixi, tədris istiqamətləri barədə danışıb. BDU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən rektor imzalanacaq Anlaşma Memorandumunun qarşılıqlı fayda gətirəcəyinə əminliyini ifadə edib.