Bakıda 80 yaşlı kişini avtomobillə vurub öldürən şəxs məhkəmə zalında həbs edildi


Digərləri 21 Sen 2018 18:00:00 267 0

Bakıda 80 yaşlı kişini avtomobillə vurub öldürən şəxs məhkəmə zalında həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası törətməkdə təqsirləndirilən 1997-ci il təvəllüdlü Elmir Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş polisin nəzatinə verilmə qətimkan tədbiri ləğv edilib və E.Mehdiyev məhkəmə zalında həbs edilib.