Bakı Limanında “Sokol” Portal kranların sökülməsinə dair xidmətlərin açıq müsabiqə üsulu ilə satın alınması elan edilib


Digərləri 21 Sen 2018 17:51:00 210 0

Bakı Limanında “Sokol” Portal kranların sökülməsinə dair xidmətlərin açıq müsabiqə üsulu ilə satın alınması elan edilib

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti Bakı Limanında mövcud olan “Sokol” tipli Portal kranların sökülmə işlərinə dair xidmətlərin açıq müsabiqə üsulu ilə satın alınmasını elan edir.

Bakı. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti Bakı Limanında mövcud olan “Sokol” tipli Portal kranların sökülmə işlərinə dair xidmətlərin açıq müsabiqə üsulu ilə satın alınmasını elan edir. Cəmiyyətdən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 26 sentyabr 2018-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 02 oktyabr 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 03 oktyabr 2018-ci il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.