Masallıda ilk regional KOB Dostu xidmətinin təqdimatı olub


Digərləri 21 Sen 2018 17:40:00 265 0

Masallıda ilk regional KOB Dostu xidmətinin təqdimatı olub

Masallıda yaradılmış Sənaye Məhəlləsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ilk regional Kiçik və Orta Biznesin (KOB) Dostu xidmətinin təqdimatı keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, təqdimatda Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı çıxış ediblər.

Bir neçə gün öncə Prezident İlham Əliyevin açılışını etdiyi Masallı Sənaye Məhəlləsinin inzibati binasında yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin "Kiçik və Orta Biznesin Dostu" Mərkəzi ilə də tanış olduğunu xatırladan O.Məmmədov Mərkəz haqqında ümumi məlumat verib:

"Agentlik tərəfindən kiçik və orta sahibkarlığın inkişafı, sahibkarlara dəstəyin və müvafiq xidmətlərin göstərilməsi üçün "KOB evləri", "KOB dostları", "KOB könüllüləri" və s. kimi yeni mexanizmlər tətbiq olunacaq".


Xəbərə aid fotolar