Daha bir "qanunsuz ovçu" saxlanıldı


Digərləri 21 Sen 2018 17:48:00 260 0

Daha bir "qanunsuz ovçu" saxlanıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları icazəsiz ov edən daha bir nəfəri yaxalayıb.

Nazirliyin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, sentyabrın 21-də Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunana Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində icazəsiz ov edən şəxs saxlanılıb.

Araşdırma zamanı təqsirkar şəxsin Biləsuvar rayon Xırmandalı kənd sakini Elçin Əhədov olduğu məlum olub.