"Silk Way West Airlines" Çinin yeni şəhərinə reyslər açır


Digərləri 21 Sen 2018 17:44:00 231 0

"Silk Way West Airlines" Çinin yeni şəhərinə reyslər açır

Azərbaycanın yük aviadaşıyıcısı “Silk Way West Airlines” Bakıdan Çinin böyük şəhərlərindən biri Tyanszinə yeni reys açır.

Bakı. Azərbaycanın yük aviadaşıyıcısı “Silk Way West Airlines” Bakıdan Çinin böyük şəhərlərindən biri Tyanszinə yeni reys açır. Aviaşirkətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tyanszinə yeni reys həftədə iki dəfə - cümə və bazar günləri yerinə yetiriləcək. Bu marşrut aviaşirkətin Bakıdakı yerli habını Şimali Çində aparıcı sənaye mərkəzlərindən biri ilə birləşdirəcək.