Orxan Məmmədov: Gələcəkdə 10 Kiçik və Orta Biznesin Dostu mərkəzi yaradılacaq


Digərləri 21 Sen 2018 17:20:00 361 0

Orxan Məmmədov: Gələcəkdə 10 Kiçik və Orta Biznesin Dostu mərkəzi yaradılacaq

Əlamətdar hadisədir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ilk regional Kiçik və Orta Biznesin (KOB) Dostu xidməti məhz Masallıda açılıb.

Bakı. Ceyhun Ələkbərov - Əlamətdar hadisədir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ilk regional Kiçik və Orta Biznesin (KOB) Dostu xidməti məhz Masallıda açılıb. Trend-in məlumatına görə, bunu bu gün Masallı Sənaye Məhəlləsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ilk regional KOB Dostu xidmətinin təqdimatı zamanı Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. O.Məmmədov qeyd edib: “Bildiyiniz kimi, bir neçə gün bundan əvvəl Prezident İlham Əliyev Masallıya səfəri zamanı Sənaye Məhəlləsinin inzibati binasında yaradılmış ilk “KOB Dostu” mərkəzi ilə tanış olub. Bu, çox əlamətdar bir hadisədir". O bildirib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sahibkarlara dəstək üçün yaradılıb, agentlik nəzdində “KOB Dostu” mərkəzləri fəaliyyət göstərəcək: "Təxminən 10 “KOB Dostu" yaradılacaq. Masallı rayonu Lənkəran iqtisadi zonasında təmsil olunur və Lənkəran iqtisadi zonası da çox böyük potensiala malikdir, əhalinin sıx yerləşdiyi ərazidir”.