Bakının mərkəzində yola yağ dağıldı:


Digərləri 21 Sen 2018 17:17:00 362 0

Bakının mərkəzində yola yağ dağıldı:

Bakının mərkəzində "Xaliq Faiqoğlu" şirkətinə məxsus sərnişin avtobusu qəzaya düşüb.

Son.az-ın xəbərinə görə, "İstiqlaliyyat 31" və "Şeyx Şamil" küçələrinin kəsişməsində 18 saylı marşrut dayanacağa yaxınlaşarkən qəfil sürüşərək, yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində sözügedən istiqamətdə yol tamamilə bağlansa da, hadisə yerinə gələn DYP əməkdaşları nəqliyyatın hərəkətini qısa zamanda bərpa ediblər.

Xoşbəxtlikdən sərnişinlə dolu avtobusda qəza zamanı xəsarət alan olmayıb.

Qəzanın baş vermə səbəbi ilə bağlı Son.az-a sərnişinlər və sürücü eyni sözü deyiblər:

"Avtobus normal sürətlə gəlirdi, qəfil sürüşdü. Yola yağ tökülüb, təkərlər sürüşdü".

Qəza yerindən fotolar:

Təhməz Təkin Son.az


Xəbərə aid fotolar