Avropa Liqasında ilk turun rəmzi komandası müəyyənləşib


İdman 21 Sen 2018 17:14:00 357 0

Avropa Liqasında ilk turun rəmzi komandası müəyyənləşib

Avropa Liqasında I turun rəmzi komandası müəyyənləşib. Goal.az xəbər verir ki, heyətdə ilk turda "Qarabağ"ı 2:0 hesabı ilə üstələyən Portuqaliya "Sportinq"inin futbolçusu Rafinya da yer alıb. 22 yaşlı braziliyalı hücumçu Lissabondakı qarşılaşmada ilk qolun müəllifi olub.

Rəmzi komandaya, həmçinin "Qarabağ"ln qrup mərhələsindəki digər rəqibi İngiltərə "Arsenal"ının hücumçusu Pyer-Emerik Obameyanq da daxil edilib.

İlk turun rəmzi komandası:

Qapıçı: Denis Şerbitski (BATE, Belarus)

Müdafiəçilər: Yoakim Mele ("Genk" Belçika), Entso Roko ("Beşiktaş"), Aleksandr Martınoviç ("Krasnodar", Rusiya), Mikael Lustiq ("Celtic", Şotlandiya)

Yarımmüdafiəçilər: Rafinya ("Sporting", Portuqaliya), Ever Baneqa ("Sevilla", İspaniya), Kay Haverts ("Bayer" Leverkuzen, Almaniya), İzet Hayroviç ("Dinamo" Zaqreb, Xorvatiya)

Hücumçular: Pyer-Emerik Obameyanq ("Arsenal", İngiltərə), Ben Yedder ("Sevilla", İspaniya)