İstirahət günləri səyahətə çıxanlar üçün HAVA PROQNOZU


Digərləri 21 Sen 2018 17:11:00 229 0

İstirahət günləri səyahətə çıxanlar üçün HAVA PROQNOZU

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Bakı. İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, bu bölgədə hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 23-28, dağlıq rayonlarda 14-18 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 24-29, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək. Aran rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, sentyabrın 23-də gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi üstünlük təşkil edəcək, arabir güclənəcək. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək.