Daha bir "qanunsuz ovçu" saxlanılıb


Digərləri 21 Sen 2018 17:13:00 246 0

Daha bir "qanunsuz ovçu" saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları icazəsiz ov edən daha bir nəfəri yaxalayıb.

Bakı. Samir Əli - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları icazəsiz ov edən daha bir nəfəri yaxalayıb. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 21-də Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunana Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində icazəsiz ov edən şəxs saxlanılıb.