Rəsulzadənin Stalini ölümdən xilas etdiyi minbər:


Digərləri 21 Sen 2018 16:52:00 231 0

Rəsulzadənin Stalini ölümdən xilas etdiyi minbər:

Tarixi məlumatlara görə, Şah Süleyman Səfəvi 1694-cü ilin 27 iyul tarixində İsfahanda vəfat edib.

Son.az cebhe.info-ya istinadən xəbər verir ki, doqquz gün sonra yəni 6 avqust 1694-cü ildə oğlu Şah Sultan Hüseyn 26 yaşında Səfəvi dövlətinin şahlıq taxtına oturub. Onun ilk addımı şah Süleymanın kəfən və dəfni ilə bağlı olub. Şah Sultan Hüseyn Qumda atasının və babasının yanında dəfn edilib. Bundan sonra onun üçün məsciddə 3 gün yas mərasimi verilib. Məhz Şah Sultan Hüseynin göstərişi ilə indiki Novxanı qəsəbəsi ərazisində Şah Sultan Hüseyn məscidi inşa edilib. Məscidin divarlarındakı memarlıq elementləri o vaxtlar hər kəsin diqqətini özünə cəlb edib.

Əvvəllər bu məscid Novxanı camaatının yeganə ibadət yeri olub. Daha sonra məscid XX əsrin 30-cu illərində sovet hakimiyyəti tərəfindən bağlanıb və baxımsızlıq ucbatından məhv olmağa başlayıb. Beləliklə, həm məscidin indiki vəziyyətini öyrənmək, həm də məscid haqqında əlavə məlumatlar almaq üçün Novxanı qəsəbəsinə yollandıq.

Məscidin yerini tapmaq üçün qəsəbə ağsaqqallarından kömək istəyirik. Ağsaqqallar bizə ünvanı başa saldıqdan sonra məscidin dağılıb-töküldüyünü, dəfələrlə bu problemi bildirmələrinə baxmayaraq heç bir işin görülmədiyini dilə gətirirlər:

"Məscidin axundu Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin atası Molla Ələkbər olub. O zaman Stalini Rəsulzadə bu məsciddə, moizə oxunan minbərin altında gizlədib. 

Qəsəbə sakinləri olaraq dəfələrlə yığışıb məscidin təmiri üçün çalışmışıq, ancaq məscidin təmirinə heç başlanılmayıb. Hər keçən gün bu tarixi abidə daha da dağılır".

Bildirək ki, Rəsulzadənin Stalini gizlətmə faktı tarixdə də əks olunub. Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqatçısı, tarixçi alim Nəsiman Yaqublu da bu faktın doğru olduğunu bildirib: "Mən ora dəfələrlə getmişəm. Bu barədə mənə Novxanının yaşlı sakinləri məlumat veriblər. Bu baş verə bilərdi, çünki o vaxtlar Stalinlə Rəsulzadənin əlaqələri sıx olub. Və Rəsulzadə onu xilas etmək üçün bir çox addımlar atıb. Eləcə də Stalin Rəsulzadənin həyatını bir neçə dəfə qurtarıb".

Tarixi faktlara görə, Rəsulzadə Stalini iki dəfə ölümdən xilas edib. O vaxtlar, Stalin Balaxanı neft mədənlərində çalışan fəhlələr arasında milyonçuların əleyhinə təbliğat aparanda, milyonçuların ətrafında gəzən qoçular bundan xəbər tutub və Stalini tutaraq quyuya salmaq istəyiblər. Bunu eşidən insanlar hadisə barədə Rəsulzadəyə xəbər veriblər və Rəsulzadə Stalini quyuya atmaq istəyən qoçuların əlindən alıb. Daha sonra Rəsulzadə Stalini gizlətmək üçün Novxanıdakı bağ evinə gətirib. Evdə qadınlar olduğuna görə o, Stalini çox saxlaya bilməyib. Bu səbəbdən Rəsulzadə Stalini həmin məscidə aparıb. 


Xəbərə aid fotolar