Rusiyalı ekspert: Yerevanın Bakı ilə "müharibə oynamaq" kimi cəfəng fikri ölüm çırpınışlarını xatırladır


Digərləri 21 Sen 2018 16:49:00 170 0

Rusiyalı ekspert: Yerevanın Bakı ilə "müharibə oynamaq" kimi cəfəng fikri ölüm çırpınışlarını xatırladır

Yerevanın Azərbaycana şərti müharibə elan olunması ilə bağlı səsləndirdiyi bəyanatları heç nə ilə əsaslandırılmayan populizm və cəfəngiyyatdan başqa bir şey adlandırmaq olmur

Bakı. Mətanət Nəsibova - Yerevanın Azərbaycana şərti müharibə elan olunması ilə bağlı səsləndirdiyi bəyanatları heç nə ilə əsaslandırılmayan populizm və cəfəngiyyatdan başqa bir şey adlandırmaq olmur. Bunu Trend-ə rusiyalı politoloq Yevgeni Mixaylov Ermənistan parlamentinin saytında yerləşdirilmiş şərti müharibə elanını və buna Rusiya tərəfinin reaksiyasını şərh edərkən deyib. Politoloqun sözlərinə görə, Ermənistan tərəfinin bu cür bəyanatları bir növ ölüm çırpınışlarına bənzəyir və sanki Ermənistan bu fikrə gəlir ki, hərbi yolla qələbə heç vaxt mümkün olmayacaq, çünki Azərbaycan heç vaxt olmadığı qədər güclüdür və istənilən kiçik bir səbəb qanuni cavaba və işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılmasına gətirib çıxaracaq.