Son 3 ay ərzində tullantıların düzgün idarə olunmaması ilə bağlı 77 müraciət daxil olub


Digərləri 21 Sen 2018 16:28:00 277 0

Son 3 ay ərzində tullantıların düzgün idarə olunmaması ilə bağlı 77 müraciət daxil olub

"Son 3 ay ərzində ETSN-in Qaynar xəttinə tullantıların düzgün idarə olunmaması ilə bağlı 77 müraciət daxil olub".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

U.Tağıyevanın sözlərinə görə, 16 tikinti obyekti üzrə araşdırmalar aparılıb və tədbirlər görülüb: "Tullantıların düzgün idarə olunmamasına görə "Azadlıq Residence" MMC, "Cavid-2016" MMC, "Elite City" MMC barəsində protokollar tərtib edilərək məsuliyyətə cəlb olunublar. Eyni zamanda "Bina" MTK, "Bizim Ev" MMC, "Pilot-İnşaat A" MMC, "Retro Holding" MMC, "Azəri Tikinti Şirkəti" MMC, "İlk İnşaat Taahhüt Sanayi və Ticarət Anonim" Şirkəti, "Grand Plaza" MMC, "Malibo" MMC, "Araz-2011A" MMC, "N-Turan" MMC, "Kəmər İnşaat" MMC, və fiziki şəxslərə icrası məcburi olan göstərişlər verilib".

Nazirlik rəsmisi bildirib ki, ETSN bu obyektlərin bağlanmasının tərəfdarı deyil: