Xaçmazda taxta sexinin icarədarı cərimələnib


Digərləri 21 Sen 2018 16:22:29 251 0

Xaçmazda taxta sexinin icarədarı cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu ərazisində növbəti reyd keçirilib.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu ərazisində növbəti reyd keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, reyd zamanı rayonun Şollar kəndi ərazisində fəaliyyət göstərən ağac emalı sexində 10,82 kub.m həcmində palıd, ağcaqayın, qovaq cinsli girdə işlik və çəkilmiş taxta materialı aşkar olunub.