Paytaxtda restoranlar barəsində tədbirlər görülməyə başlanıldı


Digərləri 21 Sen 2018 16:03:00 248 0

Paytaxtda restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

"Bakı şəhərinin inzibati rayonları ərazisində yerləşən ictimai iaşə obyektləri, şadlıq evləri, restoranlardan havaya atılan tüstü axını və qoxu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən edilən tövsiyə və göstərişlərə əməl etməyən, müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlığa məhəl qoymayan ictimai iaşə obyektləri barəsində artıq qanunamüvafiq tədbirlər görülməyə başlanıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ETSN-də keçirilən mətbuat konfransında nazirliyin əməkdaşı Faiq Mütəllimov deyib.

F.Mütəllimovun sözlərinə görə, "Kleopatra", "Qızıltac", "Karvan", "Yeddi gözəl", "Nazlı saray", "Oskar", "Şəlalə", "Xəmsə" "Neon", "Ağ çiçəyim" "Praqa", "Milord", "Real", "Turan", "Təbrik" və digər şadlıq sarayları barəsində qanuna müvafiq tədbirlər görülüb və bu istiqamətdə işlər davam etdirilir: