Amerika büdcəsindən yüz milyonlarla dollar oğurlayan mafioz “Pzo” Yerevanda FOTO


Dünya 21 Sen 2018 15:56:00 273 0

Amerika büdcəsindən yüz milyonlarla dollar oğurlayan mafioz “Pzo” Yerevanda  FOTO

Amerikadakı erməni mafiyasının lideri, "Pzo" ləqəbli "vor zakon" Armen Kazaryan Yerevana gəlib.

Son.az bu haqda virtualaz-a istinadən bildirir.

54 yaşlı "Pzo" ABŞ-dan xüsusi reyslə "Zvartnots" aeroportuna gəlib, onu dostları və yaxınları qarsalayıblar. "Pzo"nun hansı məqsədlə Ermənistana gəldiyi bəlli deyil.

Armen Kazaryan 1964-cü ildə Yerevanda anadan olub. Gənc yaşlarından yerli kriminal qruplaşmanın lideri kimi məşhurlaşıb. Onu 1991-ci ildə Rostovda "vor zakon titulu veriblər. 1996-cı ildə Kazaryan ABŞ-a köçüb və burada federal büdcədən yüz milyonlarla dolların mənimsənilməsinə gətirib çıxaran mürəkkəb dələduzluq sxemini qurub.