Nazirlik: Paytaxtda tüstü və qoxu ilə bağlı şadlıq sarayları və restoranlar barəsində tədbirlər görülməyə başlanıb


Digərləri 21 Sen 2018 15:45:00 240 0

Nazirlik: Paytaxtda tüstü və qoxu ilə bağlı şadlıq sarayları və restoranlar barəsində tədbirlər görülməyə başlanıb

133 şadlıq sarayı və ictimai iaşə obyektləri isə müasir qurğuların quraşdırılması üçün şirkətlərlə müqavilə bağlayıb.

Bakı. Samir Əli - Bakı şəhərinin inzibati rayonları ərazisində yerləşən ictimai iaşə obyektləri, şadlıq evləri, restoranlardan havaya atılan tüstü axını və qoxu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən edilən tövsiyə və göstərişlərə əməl etməyən, müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlığa məhəl qoymayan ictimai iaşə obyektləri barəsində artıq qanunamüvafiq tədbirlər görülməyə başlanıb. Trend-in məlumatına görə, bunu ETSN-də keçirilən mətbuat konfransında nazirliyin əməkdaşı Faiq Mütəllimov deyib.