Dostunu 2 manat 50 qəpiyə görə öldürmək istəyən şəxsə


Digərləri 21 Sen 2018 15:25:00 263 0

Dostunu 2 manat 50 qəpiyə görə öldürmək istəyən şəxsə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən 1995-ci il təvəllüdlü Elvin Hümbətovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Hümbətov dostu Ceyhun Abbasovu öldürməkdə cəhddə təqsirli bilinir.

Hadisədən əvvəl hər iki şəxsin arasında mübahisə düşüb.