Qarabağ-ın müdafiə,isind'n yax.; x'b'r


İdman 21 Sen 2018 14:38:00 225 0

Qarabağ-ın müdafiə,isind'n yax.; x'b'r

"Qarabağ"ın futbolçusu Maksim Medvedevin durumuna aydınlıq gəlib. Milli komandamızın da üzvü olan təcrübəli müdafiəçi Avropa Liqasının qrup mərhələsinin ilk turunda Lissabonda "Sporting"lə matçda aldığı zədənin ciddi olmadığını bildirib. Maksim həmin qarşılaşmanın 62-ci dəqiqəsində dizindən xəsarət alaraq oyunu davam etdirə bilməyib və Abbas Hüseynovla əvəzlənib. 

"Ciddi zədə deyil. Hər halda, ilk baxışdan belədi. Allahın köməyilə bir neçə günə vəziyyətimin yaxşı olacağını düşünürəm. Bəli, bir az müalicə olunmağım lazımdı ki, dizim tez bir zamanda bərpa olunsun" - Medvedev deyib.

Maksim "Qarabağ"ın 0:2 hesabıyla uduzduğu bu matçda əsas kapitan, zədəli Rəşad Sadıqovun yoxluğunda sarğını daşıyıb.