İtaliya klubu baş məşqçisinin müqaviləsini yeniləyib


İdman 21 Sen 2018 14:19:00 300 0

İtaliya klubu baş məşqçisinin müqaviləsini yeniləyib

Atalanta klubunun baş məşqçisi Canpyero Qasperininin müqaviləsinin müddəti uzadılıb. Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat verib. Xəbərdə 60 yaşlı mütəxəssisin müqaviləsinin 2021-ci ilə qədər uzadıldığı bildirilib. Qasperini 2016-cı ildən Atalanta-nın “sükanı arxasında”dır. Berqamo klubu cari çempionatda 4 turdan sonra 4 xal toplayaraq, 13-cü pillədə qərarlaşıb.