Bakıdan Şarm əlŞeyxə birbaşa çarter reysləri açılacaq


Digərləri 21 Sen 2018 14:15:00 250 0

Bakıdan Şarm əlŞeyxə birbaşa çarter reysləri açılacaq

2018-2019-cu ilin qış mövsümündə Bakıdan Misirə, Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reyslər açılacaq.

Son.az xəbər verir ki, Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata əsasən, bu, Azərbaycan tərəfindən mütəmadi həyata keçirilən ikinci belə reys olacaq. İlk belə reys Monteneqroya təşkil edilib. Uçuşlar həftədə bir dəfə cümə axşamı günü olmaqla 8 noyabr - 4 aprel tarixlərində "Paşa Holidays" şirkəti və Azərbaycan Hava Yolları (AZAL) tərəfindən həyata keçiriləcək.

İki ölkə arasında birbaşa aviareysin açılması turist mübadiləsinin artmasına və turizm əlaqələrinin möhkəmlənməsinə təkan verərək işgüzar əlaqələrin inkişafı üçün də zəmin yaradacaq.