Belçikadan Azərbaycana deportu gözlənilən ailə ilə bağlı


Digərləri 21 Sen 2018 14:02:00 257 0

Belçikadan Azərbaycana deportu gözlənilən ailə ilə bağlı

Belçikada miqrantlar düşərgəsində saxlanılan və Azərbaycana deport edilməsi deyilən ailə ilə bağlı bəzi detallar məlum olub.

Son.az report-a istiandən xəbər verir ki, ailənin başçısı azərbaycanlı yox, çeçen millətinə mənsub şəxs Rusiya Federasiyası vətəndaşı, 1979-cu il təvəllüdlü Batçıyev Maqomed Salikoviçdir. Onun digər adı Baqayev Timur Salikoviçdir. Həyat yoldaşı 1981-ci il təvəllüdlü Məmmədova Ruqiyyə Vaqif qızı milliyyətcə azərbaycanlı olsa da, ailənin bütün üzvləri Rusiya vətəndaşıdır. 

"Eyni zamanda yayılan "körpə uşaqları olan ailəyə heç kimi kömək etmir" xəbərinin əksinə olaraq, əslində, Belçikadakı Azərbaycan diasporu, hətta yerli millətə mənsub dərnəklər ailəyə bütün vasitlərlə dəstək olurlar. Ailə Belçikada qeyri - qanuni məskunlaşıb, azərbaycanlılar ilə bağlı heç bir tədbirlərə qatılmayıb. Ailənin xanımı azərbaycanlı, uşaqları isə körpə olduğu üçün onların Azərbaycana deport edilmə məsələsi gündəmə gəlsə, ölkədəki diaspor onların normal həyata qayıtması üçün bütün mümkün əlaqələrdən istifadə edir", - ailəyə dəstək olan şəxslər bildirib.

Belçikadakı diaspor təşkilatları bu məsələ ilə bağlı bəzi narahatlıqlarını da bildirirlər: "Bəzi hallarda məsələ ilə bağlı guya diasporun laqeydliyi barədə dezinformasiya yayıb bizi məyus edirlər. Bu, ədalətli deyil. Azərbaycan diasporu əvvəldən bu məsələni nəzarətdə saxlayır".

Qeyd edək ki, məsələ ilə bağlı detalları ilk olaraq open.az saytı yayıb.