Arılara görə uşağını itirdi,


Digərləri 21 Sen 2018 13:48:00 290 0

Arılara görə uşağını itirdi,

ABŞ-ın Ohayo ştatındakı Nyu-Franklin şəhərinin sakini, 34 yaşlı Emili Müllerin ilk hamiləliyi yarımçıq qalmışdı. O, bətnindəki uşağı salmışdı.

Səbəb onun vücuduna minlərlə arı cəlb etməsi idi.

Son.az ABC-yə istinadən bildirir ki, Emili bədəninə bal sürtərək tərpənməz dayanmış, arılar onun qarnına, boğazına, üzünə doluşmuşdular. Emili belə vəziyyətdə bir neçə foto çəkdirmişdi.

Emilinin bədənində 16 mindən artıq arı vardı.

2017-ci ildəki bu fotosessiya Emilinin hamiləliyini yarımçıq bitirmişdi. Həkimlərin dediklərinə görə, fotosessiya zamanı qadını dəfələrlə arı sancıb və bu sancmalar hamilə qadının orqanizmində güclü allergik reaksiyaya səbəb olub.

Emili bu dəfə boynuna piton ilanı dolayaraq şəkillər çəkdirib.


Xəbərə aid fotolar