Ermənilər girov götürdükləri azərbaycanlılara qarşı beynəlxalq konvensiyanı kobud şəkildə pozub


Digərləri 21 Sen 2018 13:45:00 216 0

Ermənilər girov götürdükləri azərbaycanlılara qarşı beynəlxalq konvensiyanı kobud şəkildə pozub

Ermənilər girov götürdüyü azərbaycanlı mülki əhaliyə qarşı beynəlxalq konvensiya və sənədləri kobud şəkildə pozub

Bakı. Elçin Mehdiyev - Erməni tərəfi Azərbaycan ərazilərini işğal edən zaman girov götürdüyü mülki əhaliyə qarşı beynəlxalq konvensiya və sənədləri kobud şəkildə pozub. Trend-in məlumatına görə, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı girov götürülmüş mülki əhalinin (qadın və uşaqların) pozulmuş hüquqlarının tədqiqi” mövzusunda layihəsinin yekun təqdimatında bildirilib. Layihə çərçivəsində Bakı şəhərində, Abşeronda, Ağdam rayonunun kənd və qəsəbələrində, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış, yaş həddi 28-70 olan 100 nəfər girovluqdan azad edilmiş qadın və girov götürülən zaman azyaşlı olmuş şəxslərlə sorğular keçirilib.