Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq işinə dəstək üçün milli seminar keçiriləcək


Digərləri 21 Sen 2018 13:39:00 267 0

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq işinə dəstək üçün milli seminar keçiriləcək

Sentyabrın 24-ü Bakıda Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində potensialların artırılmasına dəstək məqsədilə "Azərbaycanda DİM-lərə nail olmaq işində dayanıqlı ərzaq və kənd təsərrüfatının rolu" mövzusunda milli seminar keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, seminarın məqsədi Azərbaycanda kənd təsərrüfatı və DİM-lər arasında çoxtərəfli və çoxməqsədli əlaqələri təhlil etməkdir.

Tədbirdə kənd təsərrüfatının inklüziv və dayanıqlı inkişafa, eləcə də milli iqtisadiyyatın şaxələndirilməsinə potensial töhfəsinin qavranmasını artırmaq, kənd təsərrüfatı, ərzaq, meşə təsərrüfatı və balıqçılıq fəaliyyətlərinin Azərbaycanda DİM-lərin əldə olunmasına yönəldilməsinə qatqılarının və sürətləndirici təsirlərinin artırılması yollarını və lazımi tədbirləri müzakirə etmək nəzərdə tutulur.

Seminar, xüsusilə kənd təsərrüfatı, ərzaq, meşə təsərrüfatı və balıqçılıq sahələrində Azərbaycanda DİM-lərin həyata keçirilməsi ilə məşğul olan dövlət (nazirliklər, dövlət qurumları və komitələr) və qeyri-dövlət (vətəndaş cəmiyyəti, özəl sektor) qurumlarını hədəfləyir. Özəl sektordan, vətəndaş cəmiyyəti və akademiyalardan maraqlı tərəflərin iştirakı yüksək dərəcədə təşviq edilir.