Uşaq Bərpa Müalicə Mərkəzinə daxil olan 1 yaşına qədər uşaqların sayı 40 faiz artıb (FOTO)


Digərləri 21 Sen 2018 13:32:06 264 0

Uşaq Bərpa Müalicə Mərkəzinə daxil olan 1 yaşına qədər uşaqların sayı 40 faiz artıb (FOTO)

Uşaq Bərpa Müalicə Mərkəzinə daxil olan 1 yaşına qədər uşaqların sayı 40 faiz artıb.

Bakı. Uşaq Bərpa Müalicə Mərkəzinə (UBMM) daxil olan 1 yaşına qədər uşaqların sayı 40 faiz artıb. Bu barədə Trend Səhiyyə Nazirliyinə istinadən məlumat verir. Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicə üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı"na əsasən UBMM-ə daxil olan 1 yaşına qədər uşaqların sayı əvvəlki illə müqayisədə 40 faiz artıb. Burada körpələrə ilkin bərpa müalicəsi aparılır, bərpa müalicəsinin tez başlaması isə daha müsbət nəticə əldə etməyə kömək edir. Mərkəzdə erkən yaşlı uşaqlarda əlilliyin aşkarlanması və erkən reabilitasiya sahəsində təlimlər keçirilib. Təlimlərdə Bakı və Azərbaycanın rayonlarından 300-dən artıq həkim maarifləndirilib. Mərkəzdə valideynlərlə də iş aparılır, onlara xəstə uşağın sağlamlığının bərpasına məsuliyyət hissi aşılanır, onların bu prosesdə aktiv surətdə iştirakına səy göstərilir. Belə ki, müalicə tədbirlərində, o cümlədən bədən tərbiyəsi, aktiv terapiya, artterapiya və başqa terapiya prosedurlarında valideynlər də iştirak edir və maariflənirlər.