Pike tennis turniri keçirəcək - qalibə 10 milyon dollar mükafat


İdman 21 Sen 2018 12:51:00 294 0

Pike tennis turniri keçirəcək - qalibə 10 milyon dollar mükafat

"Kosmos" investisiya qrupu Barcelona-nın müdafiəçisi Jerar Pikenin rəhbərliyi ilə kişilər arasında yüksək səviyyəli "Majesty cup" tennis turniri keçirməyə hazırlaşır.

Goal.az xəbər verir ki, 64 tennisçinin iştirakı ilə keçirilməsi planlaşdırılan turnirin mükafat fondu 10 milyon dollar olacaq. Turnirdə diqqət çəkən əsas məqam mükafat fondunun qalibə verilməsidir, digər 63 tennisçiyə ödəniş edilməyəcək.

"Majesty cup" sentyabrda "ABŞ Open" turnirindən 1 həftə sonra keçiriləcək.