Vyetnam prezidentinin ölüm səbəbi açıqlandı


Dünya 21 Sen 2018 13:19:12 224 0

Vyetnam prezidentinin ölüm səbəbi açıqlandı

Vyetnam Prezidenti Çan Day Kuanq dərmanı mövcud olmayan virus xəstəliyindən vəfat edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, prezident həmin xəstəliyə 2017-ci ilin iyulunda yoluxub.

Bu müddət ərzində o, həm Vyetnamda müalicə olunub, həm də 6 dəfə Yaponiyaya gedib.

Amma yerli və xarici həkimlərin səylərinə baxmayaraq, virusun qarşısını almaq mümkün olmayıb.