Gürcüstan parlamenti Tbilisiyə qaytarılır


Dünya 21 Sen 2018 13:07:00 294 0

Gürcüstan parlamenti Tbilisiyə qaytarılır

Gürcüstan parlamenti Kutaisi şəhərindən tamamilə paytaxt Tbilisiyə köçürüləcək.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə hakim komanda qərar qəbul edib.

Qərara əsasən, qanunverici orqanın plenar iclasları gələn ilin yanvarın 1-dən etibarən Tbilisidə keçiriləcək.

Kutaisidə yerləşən parlament binası isə Gürcüstanın Daxili İşlər Nazirliyinin tabeliyinə veriləcək.