Bakıdan Şarm əş-Şeyxə birbaşa çarter reyslər açılacaq


Digərləri 21 Sen 2018 12:50:00 185 0

Bakıdan Şarm əş-Şeyxə birbaşa çarter reyslər açılacaq

Bakıdan Misirə, Şarm əş-Şeyx şəhərinə birbaşa çarter reyslər açılacaq.

Bakı. Elçin Mehdiyev - 2018-2019-cu ilin qış mövsümündə Bakıdan Misirə, Şarm əş-Şeyx şəhərinə birbaşa çarter reyslər açılacaq. Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata əsasən, bu, Azərbaycan tərəfindən mütəmadi həyata keçirilən ikinci belə reys olacaq. İlk belə reys Monteneqroya təşkil edilib. Uçuşlar həftədə bir dəfə cümə axşamı günü olmaqla 8 noyabr - 4 aprel tarixlərində "Paşa Holidays" şirkəti və Azərbaycan Hava Yolları (AZAL) tərəfindən həyata keçiriləcək.