Emeri Avroliqa tarixinə düşdü


İdman 21 Sen 2018 12:47:00 346 0

Emeri Avroliqa tarixinə düşdü

Qarabağ-ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Arsenal"ın baş məşqçisi Unay Emeri rekorda imza atıb.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı ispaniyalı mütəxəsis Avropa Liqasında ən çox qələbə qazanan baş məşqçi olub. O, Arsenal-ın I turda Ukrayna Vorskla-nı 4:2 hesabı ilə məğlub etdiyi matçda 32-ci qalibiyyətinə sevinib. Bu isə rekord göstəricidir. 

Buna qədər İspaniyanın Sevilla klubu ilə 31 qələbə əldə edən Emeri 2014-2016-cı illər ərzində ardıcıl 3 dəfə Avroliqanın qalibi olub.