Salyanda icazəsiz ov edən əcnəbilər saxlanıldılar


Digərləri 21 Sen 2018 12:31:00 228 0

Salyanda icazəsiz ov edən əcnəbilər saxlanıldılar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonunun Kalmas adlanan ərazisində icazəsiz ova cəhd edən 2 nəfər saxlanılıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, araşdırma zamanı ova cəhd edənlərin Bəhreyn Krallığının və Pakistan İslam Respublikasının vətəndaşları Mohammed Ali Al-Marri və Faesal Shah olduğu məlum olub. Onlardan quş ovlamaq üçün ləvazimatlar götürülüb.

Təqsirkarların hər biri inzibati qaydada 2.000 manat məbləğində cərimə olunub.