Aşurada iraqlı atanın oğlunun "başını kəsməsi"


Dünya 21 Sen 2018 12:04:00 358 0

Aşurada iraqlı atanın oğlunun "başını kəsməsi"

Azərbaycanda bəzi KİV-lər bir səhnələşdirilmiş video yayımlayaraq, onun Aşura günü ilə əlaqədar həyata keçirildiyini iddia ediblər. Lakin az keçməmiş onun Aşuraya aid olmadığı həm də səhnələşdirilmiş video olduğu ortaya çıxıb.

Son.az salamnews-a istinadən bildirir ki, xəbərdə iddia edilib ki, bir iraqlı ata Aşura günündə öz kiçik oğlunun başını kəsərək onu İmam Hüseyn (ə) yolunda qurban edib.

Lakin azacıq araşdırmadan sonra videonun 5 ay öncəyə həm də Kərkük dərvişlərinin "ayini"nə aid olduğu ortaya çıxıb.

Belə ki, bu videonun dünyanın bir çox bölgələrində, eləcə də Kərkükdə yaşayan Qadiriyyə dərvişlərinin Rifaiyyə qanadına aid olduğu bəlli olub. Sünni və ya şiə məzhəbindən olmayan bu qrup Kərkükdə adətən də mövlud günlərində müxtəlif çalğı adətləri ilə avazlar və ahənglər oxuyur və bədənə müxtəlif kəsici alətlərlə xəsarət yetirməklə müxtəlif nümayişləri sərgiləyirlər.


Xəbərə aid video


Xəbərə aid fotolar