UNEC dəyərlərini təsdiqlədi


Digərləri 21 Sen 2018 12:06:00 231 0

UNEC dəyərlərini təsdiqlədi

UNEC missiyasını layiqli şəkildə yerinə yetirmək və qarşısına qoyduğu strateji hədəfləri reallığa çevirmək məqsədilə Elmi Şurada öz dəyərlərini təsdiqləyib.

Bakı. UNEC missiyasını layiqli şəkildə yerinə yetirmək və qarşısına qoyduğu strateji hədəfləri reallığa çevirmək məqsədilə Elmi Şurada öz dəyərlərini təsdiqləyib. Regionun ən böyük iqtisadyönümlü ali təhsil müəssisəsinin bütün heyəti üçün vahid yanaşma formalaşdıran “UNEC-in dəyərləri” akademik azadlıq, akademik etika, layiqlilik, şəffaflıq, mükəmməllik, keyfiyyətlilik, iştirakçılıq, fərqliliklərə hörmət, cəmiyyətin mənafeyini düşünmək, ekoloji həssaslıq kimi yüksək mənəvi keyfiyyətləri özündə birləşdirib. “UNEC-in dəyərləri”nə əsasən, tədqiqat, tədris və sosial xidmət fəaliyyətlərində elmi prinsiplərə sadiq olaraq, akademik azadlıq və akademik etika qorunur, müəlliflik hüquqlarına hörmətlə yanaşılır.