Əlil arabasında hərəkət edənlər də


Digərləri 21 Sen 2018 11:34:14 253 0

Əlil arabasında hərəkət edənlər də

Əlillərin və fiziki imkanları məhdud insanların metropolitendən istifadə imkanlarını genişləndirmək məqsədilə Bakı Metropoliteni tarixində ən böyük sosial əhəmiyyətli və genişmiqyaslı layihəyə start veriləcək.

Son.az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəımiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, məqsəd əlillərin və sağlamlığı məhdud insanların da heç bir məhdudiyyət olmadan metropolitendən təhlükəsiz və rahat istifadə imkanlarını artırmaq və bunun üçün bütün müvafiq şəraiti yaratmaqdır:

"Məlumdur ki, Bakı metrosunda xüsusilə əlil arabaları ilə hərəkət etmək çox çətindir. Məlumat üçün bildirək ki, 2016-cı ildə istifadəyə verilmiş Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarında fiziki imkanları məhdud şəxslər üçün liftlər quraşdırılıb. Yaşıl və Qırmızı xətlər üzrə yerləşən stansiyalarda isə bu cür liftlərin layihələndirilərək inşa edilməsi mümkün deyil. Bununla belə, görmə qabiliyyəti məhdud insanların metropolitendən istifadə etməsinə şərait yaradılmasının mümkünlüyü nəzərə alınaraq, mühüm işlər görülür. Bu xüsusda qeyd oluna bilər ki, Yaşıl və Qırmızı xətlərin son illərdə təmir edilən stansiyalarında xüsusi zolaqlar salınmaqla gözdən əlillərin rahat istifadəsinə şərait yaradılıb və işlər davamlı olaraq aparılır".


Xəbərə aid fotolar