NIKOIL | Bank bir neçə kredit aksiyasını elan edib


Digərləri 21 Sen 2018 11:17:27 237 0

NIKOIL | Bank bir neçə kredit aksiyasını elan edib

NIKOIL | Bank 20 sentyabr tarixindən etibarən 1 oktyabr Prokurorluq İşçiləri Günü və 5 oktyabr – Müəllimlər Gününə həsr olunmuş iki güzəştli kredit kampaniyasının başlanmasını elan edib.

Bakı. NIKOIL | Bank 20 sentyabr tarixindən etibarən 1 oktyabr Prokurorluq İşçiləri Günü və 5 oktyabr – Müəllimlər Gününə həsr olunmuş iki güzəştli kredit kampaniyasının başlanmasını elan edib. Minimal aylıq əmək haqqı 200 manat olan müəllimlər və prokurorluq orqanlarının əməkdaşları 2% azaldılmış illik faiz dərəcəsi və 1% bank komissiyası ilə istehlak kreditini rəsmiləşdirə bilər. İstehlak kreditləri 3 aydan 36 ay müddətinə 300-dən 30.000 manatadək məbləğdə həm nağd şəkildə, həm də plastik kart vasitəsilə verilir. Kredit xəttinin güzəşt müddəti 35 gün təşkil edir. Kreditləşmə şərtlərinə əsasən 7.500 manatadək kredit məbləği girovsuz və zaminsiz verilir. Hər iki kredit aksiyası cari ilin oktyabr ayının 30-dək davam edəcək.