Qızı oğurlamaqda şübhəli bilinən şəxsin telefonundan çıxanlar


Dünya 21 Sen 2018 10:04:00 255 0

Qızı oğurlamaqda şübhəli bilinən şəxsin telefonundan çıxanlar

Türkiyənin Qars şəhərinin Kağızman qəsəbəsində yerləşən Paslı kəndində yaşayan 9 yaşlı Sedanur Gözəlin 6 gün öncə yoxa çıxması ilə əlaqədar başladılan araşdırma zamanı saxlanılan Ertan B. barəsində detallar ortaya çıxmağa başlayıb.

Son.az Milliyet-ə istinadən xəbər verir ki, həbsxanadan qaçdığı üzə çıxan Ertan B. böyük qardaşı Ercan B.-nın adına hazırlanmış saxta şəxsiyyət vəsiqəsindən istifadə edib.

6 müxtəlif cinayət törədən Ertan B. şəhərdən qaçmaq istəyərkən hava limanında saxlanılıb. İfadəsində axtarılan azyaşlı Sedanur və yanındakı uşaqlarla danışdığını etiraf edən Ertan B. "Çox qısa danışdıq, aramızda divar var idi, sonra oradan uzaqlaşdım" deyib.


Xəbərə aid fotolar