Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçiriləcək


Digərləri 21 Sen 2018 09:37:00 216 0

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçiriləcək

Bu gün Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçiriləcək.

Bakı. Bu gün Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçiriləcək. Trend-in məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunacaq tədbir tədbir saat 14:00-da start götürəcək. Açılışda Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, dövlət rəsmiləri, müxtəlif idman növləri üzrə beynəlxalq assosiasiyaların nümayəndələri, cüdo üzrə milli federasiyaların başçıları və digər şəxslər iştirak edəcəklər. Açılış mərasimi rəsmi və bədii hissədən ibarət olacaq. Bədii hissənin əvvəlində qrafik video elementlərdən ibarət videoçarx təqdim olunacaq. Sonra Azərbaycan incəsənət xadimlərinin eksklüziv olaraq tədbir üçün hazırlanmış çıxışları baş tutacaq. Ardınca dünya şöhrətli italiyalı müğənni Al Bano konsert proqramı ilə çıxış edəcək. İkinci yarış günündə qadınların fərdi mübarizəsində 52 kq, kişilərdə isə 66 kq çəki dərəcəsləri üzrə qaliblər müəyyənləşəcək. Azərbaycan millisini bu çəkilərdə müvafiq olaraq, Buyankişiq Purevsuren və Nicat Şıxəlizadə təmsil edəcəklər. Hər iki idmançı mübarizəyə 1/32 final mərhələsindən başlayacaq. Qadınlar