Azərbaycan 2020ci ildə Enerji Xartiyası Konfransına sədrlik edəcək


Digərləri 21 Sen 2018 09:25:00 241 0

Azərbaycan 2020ci ildə Enerji Xartiyası Konfransına sədrlik edəcək

Azərbaycanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlik etməsi barədə qərar qəbul edilib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi"nin 2020-ci ildə tam istismara veriləcəyi və həmin vaxt tədbirin keçirilməsi üçün ən münasib məkanın Bakı olacağı nəzərə alınaraq Azərbaycan Enerji Xartiyası Konfransına sədrliyə namizədliyini irəli sürmüşdü. 2020-ci il üçün Konfrans sədrliyinə Azərbaycandan başqa, Ermənistan və Monqolustan da namizədliyini irəli sürdüyündən 3 ölkə arasında rəqabət vəziyyəti yaranmışdı.